“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”dan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.
O, paylaşımında “Araz-Naxçıvan” klubu ilə vidalaşıb:
“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən gün Qara Qarayevin yolların ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.
