Braziliya klubu “Qarabağ”ın oyunçusundan imtina etdi - VİDEO

28 Dekabr 2025 10:00
302
Braziliya klubu “Qarabağ”ın oyunçusundan imtina etdi - VİDEO

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Braziliyanın “Botafoqo” klubunun 2026 mövsümü üçün nəzərdə tutulan transfer planlarından çıxarılıb və futbolçunun mümkün keçidindən imtina edilib.

İdman.Biz “ESPN Brasil”ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu heyətin gücləndirilməsi üçün geniş namizədlər siyahısında yer alsa da, klub daxilində aparılan müzakirələrdən sonra onun adı prioritet hədəflər sırasından silinib.

@idman.biz

🔴⚫ Pedro Bikalyo "Botafoqo"nun planlarından çıxarıldı "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Braziliyanın "Botafoqo" klubunun 2026 mövsümü üçün transfer siyahısından çıxarılıb ❌ Klub daxilində aparılan müzakirələrdən sonra 23 yaşlı futbolçu prioritet hədəf hesab olunmayıb. 📌 Qeyd edək ki, Bikalyo bu yay "Qarabağ"a transfer olunub və daha əvvəl "Palmeyras", "Santa-Klara" və "Alverka" formalarını geyinib. ⚽ Futbolçu "Kruzeyro" və "Palmeyras" akademiyalarının yetirməsidir. Qarabağ #PedroBikalyo #TransferXəbərləri #AzərbaycanFutbolu #FootballNews

♬ original sound - Idman və Biz - Idman və Biz

Mənbənin yazdığına görə, Bikalyo ilə yanaşı, Macarıstanın “Ferentsvaroş” klubunun yarımmüdafiəçisi Julio Romao və Venesuela millisinin və “Anqostura” klubunun futbolçusu Qleyker Mendosa da “Botafoqo”nun qısa siyahısından çıxarılıb.

Qeyd edək ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras” akademiyalarının yetirməsidir və peşəkar karyerasına da “Palmeyras”da başlayıb. O, daha sonra Portuqaliyada “Santa-Klara” və “Alverka” klublarında çıxış edib, bu yay isə “Qarabağ”a transfer olunub.

İdman.Biz