Olimpiadaların üçqat iştirakçısı "Ironman" turnirində üçüncü olub

Xəbərlər
5 Avqust 2025 11:02
49
Olimpiadaların üçqat iştirakçısı "Ironman" turnirində üçüncü olub

Olimpiya Oyunlarının üçqat iştirakçısı Rostislav Pevtsov Polşanın Krakov şəhərində keçirilən "Ironman 70.3" turnirində uğurla çıxış edib.

İdman.biz xəbər verir ki, Paris-2024 Olimpiadasından sonra Azərbaycan bayrağı altında çıxışını başa vuran idmançı finişə üçüncü çatıb.

Bu, Pevtsovun belə yarışlarda növbəti uğurlu nəticəsidir. O, ötən il İtaliyanın Emiliya-Romanya bölgəsində keçirilən özünün və özünün ilk rəsmi "Ironman 70.3" turnirində ikinci yeri tutaraq "Ironman" dünya çempionatına vəsiqə qazanmışdı.

İdman.biz