Azərbaycanın gənc triatlonçuları Əli Rzazadə və Riad Abbaszadə Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
İdman.Biz xəbər verir ki, idmançılar məşqçi Nurəli Məmmədovun rəhbərliyi altında bu gün yarışın keçiriləcəyi Minsk şəhərinə yola düşüblər.
Qeyd edək ki, beynəlxalq triatlon yarışı iyulun 25-26-da Belarusun paytaxtında təşkil olunacaq.
