Rollan Qarrosun qalibi iki məşqçisi ilə vidalaşıb

Xəbərlər
20 Avqust 2025 21:52
35
Rollan Qarrosun qalibi iki məşqçisi ilə vidalaşıb

"Böyük Dəbilqə" yarışlarının ikiqat qalibi Koko Qauff iki məşqçisi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yer alıb.

Qauff 2019-cu ildən əməkdaşlıq etdiyi Jan-Kristof Forellə vidalaşıb. Bundan başqa, Koko ötən ildən çalışdığı Mett Deyli ilə də yollarını ayırıb. Buna səbəb onun son yarışlarda uğursuz çıxış etməsi olub.

Qeyd edək ki, 21 yaşlı amerikalı tennisçi 2025-ci ildə Rollan Qarros turnirində qalib gəlib. O, tezliklə start götürəcək mövsümün son "Böyük Dəbilqə"si US Open-ə hazırlaşır.

İdman.biz