Uimbildon Open-in ikiqat qalibindən vida çıxışı

Xəbərlər
1 İyul 2025 21:36
34
Uimbildon Open-in ikiqat qalibindən vida çıxışı

Çexiyalı tennisçi Petra Kvitova Uimbildon Open-2025-də sonuncu oyununu keçirib.

İdman.biz xəbər verir ki, o, bu ildə peşəkar karyerasını başa vuracağı açıqlayıb.

35 yaşlı tennisçi amerikalı həmkarı turnirin ilkin mərhələsində 3:6 və 1:6 hesabları ilə uduzub. Kvitova oyundan sonra vida çıxışı edib: "Uimbildon ən yaxşı xatirələrlə doludur. Heç vaxt burada qələbə qazanmaq barədə arzu etmirdim. Əvəzində iki dəfə çempion oldum. Mənə dəstək olan ailəmə təşəkkür edirəm".

Qeyd edək ki, Petra iki dəfə 2011-ci və 2014-cü illərdə Londonda keçirilən "Böyük Dəbilqə"nin qalibi olub.

İdman.biz