Tennisçilərimiz “Davis Cup”a qələbə ilə başlayıb - FOTO

Xəbərlər
13 İyun 2025 11:34
62
Tennisçilərimiz “Davis Cup”a qələbə ilə başlayıb - FOTO

Albaniyanın paytaxtı Tiranada “Davis Cup” tennis turnirinə start verilib.

İdman.biz xəbər verir ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.

Mübarizənin ilk günü idmançılarımız üçün uğurlu olub. Təmsilçilərimiz andorralı idmançılara qalib gəlib. Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 2:0 (6:1, 6:3) hesabı ilə məğlub edib. Kənan Qasımov da Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub – 2:0 (6:1, 6:0).

Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütü Servos Noqer - Damyen Jelaber duetindən üstün olub (2:0 (6:2,6:4)).

İdman.biz

Məqalədə: