Romada Yannik Sinner - Karlos Alkaras finalı

Xəbərlər
17 May 2025 00:37
60
Romada Yannik Sinner - Karlos Alkaras finalı

İtaliya paytaxtında Romada keçirilən Masters turnirinin finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici oyunda Yannik Sinner (İtaliya) və Karlos Alkaras (İspaniya) qarşılaşacaq.

Sinner doğma publika önünd yarmfinalda Tommi Pola (ABŞ) qalib gəlib. Yannik hesabda geri düşsə də, vəziyyəti öz xeyrinə dəyişə bilib - 2:1 (1:6, 6:0, 6:3).

Alkaras isə finala gedən yolda Lorentso Mussettini (İtaliya) mübarizədən kənarlaşdırıb. İspaniyalı hər iki setdə rəqibindən güclü olub - 6:3, 7:6 (7:4).

Qeyd edək ki, final görüşü bazar günü keçiriləcək.

İdman.biz