Uimbildon-2024-ün yarımfinal cütləri bəlli olub

Xəbərlər
10 İyul 2024 22:41
101
Uimbildon-2024-ün yarımfinal cütləri bəlli olub

Uimbildon-2024 tennis turnirində bütün yarımfinalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, Novak Cokoviç korta çıxmadan növbəti mərhələyə yüksəlib.

Serbiyalı tennisçinin rəqibi Alde De Minar (Avstraliya) zədə üzündən 1/4 final görüşündən imtina edib. Günün digər oyununda italiyalı Lorenzo Musetti amerikalı Teylor Fritsə qalib gəlib. O, yarımfinalda Cokoviçlə qarşılaşacaq. Mərhələnin digər cütündə Danil Medvedev – Karlos Alkaras görüşü baş tutacaq. Hər iki oyun iyulun 12-də olacaq.

Sabah qadınların mübarizəsində yarımfinal matçları keçiriləcək. Barbora Kreyçikova (Çexiya) Yelena Rıbakina (Qazaxıstan), Donna Vekiç (Xorvatiya) isə Yasmin Paolini (İtaliya) ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında final görüşü şənbə, kişilərdə isə bazar günü baş tutacaq.

İdman.biz