Cokoviç və Sinner finaldan kənarda

Xəbərlər
13 Aprel 2024 23:41
Cokoviç və Sinner finaldan kənarda

Monte-Karlo “Masters” turnirində finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici matçda Stefanos Tsisipas və Kasper Ruud qarşılaşacaqlar.

Ruud yarımfinalda Novak Cokoviçi mübarizədən kənarlaşdırıb. Norveçli tennisçi serbiyalı həmkarını 3 setdə məğlub edib. Bu, Kasperin güclü rəqibi üzərində ilk qələbəsi olub. Bundan əvvəlki 5 görüşü Novak qazanıb.

Digər yarımfinalda Stefanos Tsisipas turnirin digər favoriti Yannik Sinnerdən güclü olub. Bu qarşılaşmada da qalib 3 setdən sonra müəyyənləşib.

İdman.biz