Novak Cokoviç dünya reytinqində ilk sıraya yüksəlib

Xəbərlər
11 Sentyabr 2023 13:43
134
Novak Cokoviç dünya reytinqində ilk sıraya yüksəlib

Peşəkar Tennis Assosiasiyasının (ATP) yenilənmiş dünya reytinqləri açıqlanıb.

İdman.biz xəbər verir ki, 2023-cü ildə ABŞ Açıq turnirində 24-cü Böyük Dəbilqə çempionluğunu qazanan serb Novak Cokoviç siyahıya ilk pilləyə yüksəlib.
O, Karlos Alkarası geridə qoyub. Bir sıra dəyişikliklərin olduğu ilk “onluq” belədir.

ATP Dünya reytinqi
1 (+1). Novak Cokoviç (Serbiya) – 11,795 xal
2 (-1). Karlos Alkaras (İspaniya) - 8535.
3. Daniil Medvedev (Rusiya) - 7280.
4. Holger Rune (Danimarka) - 4710.
5 (+2). Stefanos Tsitsipas (Yunanıstan) - 4615.
6 (+2). Andrey Rublev (Rusiya) - 4515.
7 (-1). Yannik Sinner (İtaliya) - 4465.
8 (+1). Taylor Fritz (ABŞ) - 3955.
9 (-4). Kasper Ruud (Norveç) - 3560.
10 (+2). Aleksandr Zverev (Almaniya) – 3030…

İdman.biz