Cokoviç Medvedevə finalda qalib gəlib - FOTO

Xəbərlər
11 Sentyabr 2023 09:03
167
Cokoviç Medvedevə finalda qalib gəlib - FOTO

Dünyanın ikinci raketkası, serb tennisçi Novak Cokoviç US Open-ın qalibi olub. Turnirin final görüşündə o, dünyanın üçüncü raketkəsi rusiyalı Daniil Medvedevə 6:3, 7:6 (7:5), 6:3 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, görüşün müddəti 3 saat 17 dəqiqə olub.

Turnirin qalibi Cokoviç 2000 reytinq xalı və 3 milyon dollar pul mükafatı alacaq. Medvedev isə öz növbəsində 1200 reytinq xalı və 1,5 milyon dollar pul mükafatı alacaq.

Xatırladaq ki, turnirin yarımfinalında Medvedev dünyanın birinci raketkası ispan Karlos Alkarası məğlub edib. Cokoviç də öz növbəsində yarımfinal mərhələsində amerikalı Ben Şeltona qalib gəlib.

US Open

10 sentyabr 2023-cü il, bazar günü. 00:20

Daniil Medvedev (Rusiya, 3) - Novak Cokoviç (Serbiya, 2) - 0:3

1 2 3 4 5

3 6 (5) 3

6 7 (7) 6

İdman.biz