Bakıda “Tennis Europe Junior Tour” turnirinə start verilib.
İdman.Biz xəbər verir ki, üçüncü kateqoriya üzrə təşkil olunan yarış avqustun 17-dən 23-dək Bakı Tennis Akademiyasında keçiriləcək.
Turnirdə gənc tennisçilər mübarizə aparırlar.
Yarışları izləmək və iştirakçılara dəstək olmaq istəyən azarkeşlər üçün giriş sərbəstdir.
