Arina Sabalenka Brisbendən FOTOLAR paylaşıb

Xəbərlər
13 Yanvar 2026 05:07
47
Arina Sabalenka Brisbendən FOTOLAR paylaşıb

Dördqat “Böyük Dəbilqə” qalibi və dünyanın birinci raketkası belaruslu tennisçi Arina Sabalenka WTA-500 turnirində qalib gəldiyi Avstraliyanın Brisben şəhərindən şəkillər paylaşıb.

İdman.Biz bildirir ki, tennisçi paylaşımına “Brisbendən paylaşılmamış” adını qoyub.

Sabalenka Brisbendə keçirilən turnirin finalında ukraynalı Marta Kostyuku məğlub edib.

Turnirdə qələbəsi Sabalenkanın karyerasında 22-ci WTA titulu, dünyanın birinci raketkası kimi isə 75-ci qalibiyyəti oldu. O, ilk dəfə ən yüksək reytinqinə “US Open 2023”ün finalına yüksələndə çatıb.

Sabalenkanın növbəti turniri “Australian Open olacaq.

İdman.Biz
Məqalədə: