“Canlı yayımda dram” – Antidopinq xidməti tennisçini canlı efirdə yaxalayıb

Xəbərlər
18 Dekabr 2025 01:55
47
“Canlı yayımda dram” – Antidopinq xidməti tennisçini canlı efirdə yaxalayıb

Dünyanın 65-ci raketkası, bosniyalı tennisçi Damir Cumhur antidopinq rəsmilərinin ziyarəti səbəbindən podkastın çəkilişini vaxtından əvvəl bitirərək evə getməli olub.

İdman.Biz-in məlumatına görə, bu barədə Damir Cumhur özünün sosial şəbəkə hesabında məlumat verib.

“Ağlasığmaz hadisədir. Antidopinq xidməti zəng edib artıq evimdə olduqlarını deyəndə podkastımda canlı yayım edirdim. Təəssüf ki, yayımı planlaşdırılandan daha tez bitirərək geri qayıtmalı oldum. Amma bu, canlı efirdə baş verən əsl dram idi. Ən ağlasığmazı da odur ki, biz bundan əvvəl dopinq haqqında danışırdıq. Ona görə də əvvəlcə bunun zarafat olduğunu düşündük. Amma belə deyildi. Bağışlayın ki, efiri yarımçıq kəsməli olduq, çünki söhbət çox yaxşı gedirdi. Amma biz mütləq bunu tezliklə yenidən təkrar edəcəyik”, - Cumhur sosial media səhifəsində yazıb.

İdman.Biz