Yannik Sinner Zverevə qalib gələrək pley-offa yüksəlib

Xəbərlər
13 Noyabr 2025 02:05
46
Yannik Sinner Zverevə qalib gələrək pley-offa yüksəlib

Dünyanın ikinci raketkası italyan tennisçi Yannik Sinner, ATP Yekun çempionatında almaniyalı Aleksandr Zverevi (üçüncü raketka) 6-4, 6-3 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, qarşılaşma Björn Borgun qrupunda baş tutub.

Beləliklə, Sinner pley-offa birinci yerdən vəsiqə qazanıb. Tennisçilər kortda 1 saat 36 dəqiqə keçiriblər.

Xatırladaq ki, Sinner daha əvvəllər Feliks Oje-Alyassimi (7-5, 6-1), Zverev isə Ben Şeltonu 6-3, 7-6 (8-6) hesabı ilə məğlub etmişdi.

Hazırda sonra alman və italyan tennisçi arasında təkbətək oyunlarda hesab Sinnerin xeyrinə 6-4-dür.

İdman.Biz