Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti mərhələyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, yığmamız 1/4 finalda Maldiv adaları komandası ilə üz-üzə gələcək.
Matç bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Pakistanı 8:3 hesabı ilə məğlub edərək C qrupunun qalibi kimi 1/4 finala yüksəlib.
