WTA Yekun çempionatında yarımfinalçılar məlumdur

Xəbərlər
6 Noyabr 2025 22:43
32
WTA Yekun çempionatında yarımfinalçılar məlumdur

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2025-ci il WTA Yekun çempionatının yarımfinal cütlükləri məlum olub.

İdman.Biz yarımfinal cütlüklərini təqdim edir:

Arina Sabalenka (Belarus, Steffi Qrafın qrupunun qalibi, birinci raketka) - Amanda Anisimova (ABŞ, dördüncü raketka).
Yelena Rıbakina (Qazaxıstan, Serena Uilyamsın qrupunun qalibi, altıncı raketka) - Cessika Pequla (ABŞ, beşinci raketka).

Qeyd etmək lazımdır ki, 2024-cü il WTA Yekun çempionatının qalibi, dünyanın üçüncü raketkası amerikalı Kori Qauff bu mövsüm Steffi Qrafın qrupundan çıxa bilməyib və qrup mərhələsində Sabalenka və Pequlaya uduzub.

İdman.Biz