Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, yığma C qrupundakı son matçında Pakistan millisi ilə qarşılaşıb.
Görüş Azərbaycan komandasının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə yığmamız qrupda lider olaraq turnirin 1/4 final mərhələsinə adlayıb.
