Arina Sabalenka WTA Yekun çempionatının finalına yüksəlib

Xəbərlər
8 Noyabr 2025 00:38
40
Arina Sabalenka WTA Yekun çempionatının finalına yüksəlib

Dördqat “Böyük Dəbilqə” çempionu, dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2025-ci il WTA Yekun çempionatının finalına yüksəlib.

İdman.Biz bildirir ki, yarımfinalda o, amerikalı Amanda Anisimovanı (WTA reytinqində dördüncü) 6-3, 3-6, 6-3 hesabı ilə məğlub edib.

Qarşılaşma 2 saat 23 dəqiqə davam edib.

2025-ci il WTA Yekun çempionatinin finalında Arina Sabalenka dünya reytinqində altıncı yerdə qərarlaşan qazaxıstanlı tennisçi Yelena Rıbakina ilə qarşılaşacaq.

İdman.Biz