Cokoviç Yunanıstana köçməsinin səbəbini deyib

Xəbərlər
4 Noyabr 2025 07:11
40
Cokoviç Yunanıstana köçməsinin səbəbini deyib

24-qat “Böyük Dəbilqə” çempionu, serbiyalı Novak Cokoviç ailəsi ilə birlikdə başqa ölkəyə köçmək qərarının səbəbini izah edib.

İdman.Biz bildirir ki, 2 ay əvvəl tennisçi Yunanıstana köçüb.

“Düzünü desəm, bu, əvvəlcədən planlaşdırılmış bir şey deyildi. Əslində, son iki ildə çox şey baş verdi - həm şəxsi, həm də peşəkar həyatımızda bəzi qərarlar dəyişdi. Amma hər şey qaydasındadır - həyat belədir. İki kiçik uşağımız var və biz onlar üçün ən yaxşı mühiti taparaq uyğunlaşmağa çalışırıq.

Bizim prioritetimiz uşaqlarımızın psixoloji, fiziki və emosional sağlamlıqları üçün mümkün olan ən yaxşı mühitdə böyüməsidir. Biz bir ailə olmaq, birlikdə vaxt keçirmək üçün daha çox vaxtımız olduğunu hiss etdiyimiz bir yerdə olmaq istəyirik”, - deyə SDNA Djokoviçin sözlərini sitat gətirir.

İdman.Biz