Almaniyalı tennisçi “Paris Masters”in yarımfinalında Sinnerə rəqib olub

Xəbərlər
1 Noyabr 2025 03:01
50
Almaniyalı tennisçi “Paris Masters”in yarımfinalında Sinnerə rəqib olub

ATP reytinqində üçüncü yerdə olan almaniyalı Aleksandr Zverev Fransada keçirilən “Paris Masters” turnirinin yarımfinalına yüksəlib.

İdman.Biz bildirir ki, dörddəbir finalda o, rusiyalı Daniil Medvedevi (ATP reytinqində 13-cü) 2-6, 6-3, 7-6 hesabları ilə məğlub edib.

Qarşılaşma 2 saat 32 dəqiqə davam edib.

Zverev “Paris Masters” turnirinin finalına vəsiqə uğrunda dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik Sinner ilə yarışacaq.

İdman.Biz