Sabalenka rəfiqəsi ilə Dubayda belə dincəlir - FOTO

Xəbərlər
21 Oktyabr 2025 03:35
70
Sabalenka rəfiqəsi ilə Dubayda belə dincəlir - FOTO

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın bir nömrəli raketkası belaruslu Arina Sabalenka rəfiqəsi, ispan tennisçi Paula Badosa ilə görüşündən bəhs edərək, Dubaydan yeni fotolar paylaşıb.

Sabalenka şəklin altına “Ən yaxşı rəfiqəmlə çox lazımi qızlar günündən” yazıb.

“Səni sevirəm!!!!!!”, Badosa ona cavab verib.

Paula bundan əvvəl zədə səbəbindən Çinin Ninqbo şəhərində keçirilən WTA-500 turnirindən imtina etmişdi.

Buna qədər ispan tennisçi Çinin paytaxtı Pekində keçirilən WTA-1000 turnirində üçüncü raunddakı görüşünü davam etdirə bilməyib.

Sabalenka noyabrın 1-dən 8-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək WTA finalında mübarizə aparacaq.

İdman.Biz