“Şanxay Masters”in finalında qohumlar qarşı-qarşıya gələcəklər

Xəbərlər
11 Oktyabr 2025 21:00
35
“Şanxay Masters”in finalında qohumlar qarşı-qarşıya gələcəklər

Çində keçirilən “Şanxay Masters” turnirinin finalında dünyanın 54-cü raketkası Artur Rinderknes və 204-cü raketkası Valentin Vaşero üz-üzə gələcək.

İdman.Biz-in məlumatına görə, onlar xalaoğludur. Bu, hər ikisi üçün ilk “Masters” finalı olacaq.

26 yaşlı Vaşero finala qazaxıstanlı Aleksandr Bublik, danimarkalı Holger Rune və serbiyalı əfsanəvi Novak Cokoviçə qalib gələrək daxil olub.

30 yaşlı Rinderknes finala gedən yolda almaniyalı Aleksandr Zverev, kanadalı Feliks Oje-Alyassim və rusiyalı Daniil Medvedevi məğlub edib.

İdman.Biz