Sentyabrın 6-da Bakıda taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar və qızlar olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Oğlanlar 48, 55, 63, 73, +73 kq, qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 35 klubdan 145 idmançının iştirak edəcəyi yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda reallaşacaq.
İdman.biz