Universiada: Azərbaycan komandası Misirə məğlub olub - YENİLƏNİB

Xəbərlər
23 İyul 2025 17:10
89
Universiada: Azərbaycan komandası Misirə məğlub olub - YENİLƏNİB

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada taekvondo turniri davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçiləri kişi, qadın və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Qarışıq komandamız ilk qarşılaşmasında Keniyaya qalib gəlsə də, 1/4 finalda Misirə məğlub olub.

***

13:38

Bu gün Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada tarixi hadisə baş verib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, taekvondo yarışlarının son günü ilə əlaqədardır.

İlk dəfə bu multiforumda kişi, qadın və qarışıq formatlarda komanda yarışları keçirilir.

Özü də hər üç yarışda Azərbaycan komandası da iştirak edir.

Kişilərdən ibarət komandamız Ukraynaya, qadınlar komandası isə ABŞ-yə uduzub.

Qarışıq komanda turnirində taekvondoçularımız Keniya ilə qarşılaşacaqlar.

***

11:35

Bu gün Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada tarixi bir hadisə baş tutacaq.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu hadisə taekvondo yarışlarının son günü ilə bağlıdır.

İlk dəfə bu multiforumda kişi, qadın və qarışıq formatlarda komanda yarışları keçiriləcək.

Azərbaycan komandası da hər üç kateqoriyada iştirak edəcək.

Kişilərdən ibarət komanda Ukrayna ilə qarşılaşacaq, qadın komandamız ABŞ ilə mübarizə aparacaq, qarışıq komanda isə Keniya ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: