Parataekvondoçularımız Ankarada təlim-məşq toplanışında

Xəbərlər
18 İyun 2025 10:19
39
Parataekvondoçularımız Ankarada təlim-məşq toplanışında

Parataekvondoçulardan ibarət Azərbaycan millisi Ankarada ​təlim-məşq toplanışına başlayıb.

İdman.biz xəbər verir ki, iyunun 28-dək davam edəcək hazırlıq prosesi Türkiyə yığması ilə birgə keçir.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə baş tutacaq toplanışda Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova iştirak edir.

İdman.biz