Taekvondoçularımız İordaniyaya təlim-məşq toplanışına yollanıb

Xəbərlər
1 Noyabr 2023 14:27
244
Taekvondoçularımız İordaniyaya təlim-məşq toplanışına yollanıb

Taekvondo üzrə Azərbaycanın qadın və kişilərdən ibarət milli komandası İordaniyaya yollanıb.

İdman.biz xəbər verir ki, burda yığmalarımız təlim məşq toplanışı keçəcək.

Taekvondoçularımız səfərə kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanıblar. Onlar noyabrın 7-dək olacaq hazırlıqda Xıdır Məmmədov, Qaşım Maqomedov, Rahid Vəliyev, Pərviz İskəndərov, Vaqif Hacıyev, Nicat İsmayılzadə, Cavad Ağayev, Əliəskər Əliyev, Eltac Qafarov, Həmidreza Badrialiabadi, Milad Beiqi Harçeqani, Zemfira Həsənzadə, Minayə Əkbərova, Səmərrux Osmanova, Səidə Əliyeva, Leyla Bəşirova və Fatimə Məcidovanı yoxlayacaqlar.

Yığmamız ardınca İordaniyada keçiriləcək Prezident kubokuna qatılacaq. Yarış noyabrın 9-10-da olacaq.

Komandaya ümumilikdə rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı edir.

İdman.biz