Yığmamız Avropa birinciliyinə 17 taekvondoçu ilə yollanıb

Xəbərlər
16 Oktyabr 2023 13:28
147
Yığmamız Avropa birinciliyinə 17 taekvondoçu ilə yollanıb

Oktyabrın 19-da Serbiyanın paytaxtı Belqradda yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Səfərov birincilikdə 17 taekvondoçuya şans verəcək. Dayanq üzərinə İlknur Əlimov (148 sm), Xəzər Həmidov (156 sm), İlyas Hətəmli, Anar Abdullazadə (hər ikisi 160 sm), Novruz Əliyev (164 sm), Əliheydər Quliyev (168 sm), Həsən Əlizadə (172 sm), Mətləb Əliyev (176 sm), Tamerlan Yaqubov (180 sm), Nuray Cəlilova (148 sm), Ləman Manafova (152 sm), Zəhra İsayeva (156 sm), Şəms Əlizadə, Humay Dadaşova (hər ikisi 160 sm), Əminə Məmmədova (164 sm), Nilufər Borci (168 sm) və Fatimə Həsənova (172 sm) çıxacaqlar.

Komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Yarışda beynəlxalq dərəcəli hakim Coşqun Nadirov referilər sırasında yer alacaq.

Qeyd edək ki, bu gün Belqrada yollanan yığma sentyabrın 22-də Bakıya qayıdacaq.

İdman.biz