Taekvondo üzrə millimiz Cənubi Koreyada hazırlıq keçir

Xəbərlər
29 Sentyabr 2023 09:25
132
Taekvondo üzrə millimiz Cənubi Koreyada hazırlıq keçir

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışındadır.

İdman.biz xəbər verir ki, Yonqin şəhər Universitetdə hazırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və Sənan Həşimov rəhbərlik edirlər.

Məşqlərə Minaya Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidova cəlb olunublar. Toplanışda millimizlə yanaşı, Kanada, Seul, Jeju və digər yerli bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.

Komanda məskunlaşdığı Çunçeon şəhərinin akademiyasında da hazırlıq keçir. Oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.

İdman.biz