Taekvondoçumuz Avropa çempionatında 3-cü yeri tutub

Xəbərlər
12 May 2024 19:21
138
Taekvondoçumuz Avropa çempionatında 3-cü yeri tutub

Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev Avropa çempionatını bürünc medalla başa vurub.

İdman.biz xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyindən taekvondoçumuz bürünc medala yiyələnib.

Qeyd edək ki, Ağayevdən öncə Qaşım Maqomedov (58 kq) da 3-cü yeri tutub.

İdman.biz