Taekvondoçularımız lisenziya turnirinə yollanıblar - HEYƏT

Xəbərlər
7 Mart 2024 10:16
Taekvondoçularımız lisenziya turnirinə yollanıblar - HEYƏT

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya Təsnifat Turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına aktivində 1 lisenziya olan Azərbaycan millisi yarışa 3 idmançı ilə qatılacaq.

Turnirdə kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında Milad Beiqi Harçeqani (+80 kq), qadınlardan ibarət komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında isə Zemfira Həsənzadə (49 kq) ilə Nigar Abdullayeva (57) iştirak edəcək.

Döyüşlər martın 9-10-da olacaq.

Qeyd edək ki, Sofiyaya yollanan komandamız martın 11-də Bakıya dönəcək.

İdman.biz

Məqalədə: