Qaşım Maqomedov: “Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam”

Müsahibə
19 Dekabr 2023 14:06
389
Qaşım Maqomedov: “Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam”

“Azərbaycana lisenziya qazandırdığım çıxışımdan üçün çox razıyam”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə jurnalistlərə açıqlamasında deyib.

Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin təsnifat mərhələsində və Çempionlar Seriyasında qalibi olan idmançı sevincli olduğunu bildirib: “Mükafat qazandığım üçün çox xoşbəxtəm. Çox çətin il oldu. Ancaq sonda uğurlu nəticə qazandıq. Mən sadəcə, öz işimi görürəm. Məşqçimə və bizi daim dəstəkləyən federasiyaya təşəkkürümü bildirirəm. Bu il üçün maksimum hədəfə çatdıq. Ümid edirəm ki, olimpiadada da uğurlu çıxış edərəm”.

24 yaşlı taekvondoçu bir müddət istirahət etdikdən sonra hazırlıqları bərpa edəcəyini söyləyib: “Hələ ki, istirahət edəcəyəm. Düşünürəm ki, bu da lazımdır. Daha sonra Cənubi Koreyadakı təlim-məşq toplanışına yollanacağıq. Yay Olimpiya Oyunlarına hazırlaşacağıq”.

Qeyd edək ki, Qaşım Maqomedov Azərbaycan yığmasının heyətində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan ilk taekvondoçudur.

Banuçiçək Hüseynli
İdman.biz