Çində uğur qazanan Azərbaycan taekvondoçuları Bakıya qayıdıb - FOTO

Xəbərlər
19 Dekabr 2023 13:22
134
Çində uğur qazanan Azərbaycan taekvondoçuları Bakıya qayıdıb - FOTO

Çinin Usi şəhərində “Böyük Dəbilqə”nin təsnifat və Çempionlar seriyasında 2 qızıl medal və Olimpiya lisenziyası qazanan taekvondo üzrə Azərbaycan millisi bu gün Vətənə dönüb.

İdman.biz xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, mətbuat nümayəndələri və yaxınları qarşılayıb.

Azərbaycan millisinin üzvü Qaşım Maqomedov təsnifat mərhələsinin finalında koreyalı Yanq Huiçanı 2:1 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

O, Çempionlar seriyasında daha sonra 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək, yarımfinala yüksəlib. Qaşım bu mərhələdə Bakıda dünya çempionatında uduzduğu çinli rəqibini məğlub edib. Taekvondoçumuz Çempionlar seriyasının həlledici görüşündə son dünya çempionu Koreya Respublikası təmsilçisi Bae Yun-Seyə qalib gəlib. Bu qələbə Qaşıma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: