Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) keçirilən gənclər arasında ölkə birinciliyində oğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və 49 kq çəki dərəcələrində mükafatlandırma mərasimi baş tutub.
Qalib idmançılara mükafatlar Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-in vitse-prezidenti Hikmət Səmədov tərəfindən təqdim olunub.
15:18
Taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov ölkəmizdə idman sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev hər zaman idmana, idmançılara diqqət və qayğı göstərib: “Buna görə də idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Azərbaycan dünyanın böyük idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu bizim üçün sevindirici haldır. İl ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl əyarlı olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda taekvondo idman növünün inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu gün bir sıra idmançılarla görüşdüyünü və onları mükafatlandırdığını diqqətə çatdırıb.
Gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatının uğurlu keçdiyini söyləyib. Onun sözlərinə görə, bu il Azərbaycan idmanı üçün düşərli olub. Nazir Prezident İlham Əliyevin ölkə idmanına yüksək səviyyədə dəstək və qayğı göstərdiyini xatırladıb.
Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edir.
Qeyd edək ki, ölkə çempionatına dekabrın 27-də yekun vurulacaq.
