Elvin Məmmədov Avropa birinciliyində ədaləti qoruyacaq

Xəbərlər
7 Noyabr 2025 16:23
41
Elvin Məmmədov Avropa birinciliyində ədaləti qoruyacaq

Beynəlxalq dərəcəli hakim Elvin Məmmədov noyabrın 9-da Yunanıstanın paytaxtı Afinada kiçikyaşlı yeniyetmələr arasında keçiriləcək taekvondo üzrə Avropa birinciliyində ədaləti qoruyacaq.

İdman.Biz xəbər verir ki, hazırda Afinada yeniyetmələr arasında keçirilən Avropa birinciliyi davam edir və Məmmədov bu yarışda da ölkəmizi hakim qismində təmsil edir.

Qeyd edək ki, Elvin Məmmədovun beynəlxalq turnirlərdəki təcrübəsi onun yarışda ədalətin təmin olunmasında mühüm rol oynayacaq.

İdman.Biz