18 taekvondoçu dan dərəcəsi uğrunda imtahan verib - FOTO

Xəbərlər
20 Oktyabr 2025 16:05
37
18 taekvondoçu dan dərəcəsi uğrunda imtahan verib - FOTO

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib.

İdman.Biz federasiyanın mətbuat xidmətinə istinadən xəbər veri ki, ATF-in məşq zalında təşkil olunan imtahana 18 nəfər qatılıb.

İdmançılardan 10-u birinci, 8-i isə ikinci dan üzrə imtahanlarda iştirak edib.

İmtahan federasiyanın texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda ATF-in Baş katibi Aygül Abdullayeva da iştirak edib.

İdman.Biz