Universiada: Stolüstü tennisçilərimiz ilk oyununu keçirib - YENİLƏNİB/FOTO

Xəbərlər
17 İyul 2025 16:55
97
Universiada: Stolüstü tennisçilərimiz ilk oyununu keçirib - YENİLƏNİB/FOTO

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında stolüstü tennis yarışlarına start verilib.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, Amin Oruczadə, Nihad Səmədzadə və Tural Mirzəyevdən ibarət kişilərdən ibarət yığmamız ABŞ komandasına məğlub olub - 0:3.

Qızlardan ibarət Azərbaycan millisi 4-cü qrupdakı ilk oyununda Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamız qrupda son matçını iyulun 18-də ABŞ seçməsinə qarşı keçirəcək.

İdman.biz