Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın V - yubiley turnirinə yekun vurulub.
İdman.Biz bildirir ki, həlledici qarşılaşmada “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb. “Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.
Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.
