“Üzməyi öyrənək” layihəsinin III mərhələsinə Ağdaş da qoşulacaq - FOTO

Xəbərlər
5 Noyabr 2023 13:18
238
“Üzməyi öyrənək” layihəsinin III mərhələsinə Ağdaş da qoşulacaq - FOTO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Üzməyi öyrənək” layihəsinin III mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, məşğələlər Qusar, Lənkəran, Şirvan, Quba, Abşeron, Sumqayıt, Şəki, Cəlilabad, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Balakən və Şəmkir Olimpiya İdman Komplekslərində keçirilir.

Bir həftə sonra Ağdaş Olimpiya Kompleksi də layihəyə qoşulacaq. Üzgüçülük məşğələlərinə orta məktəblərin 1-5-ci sinif şagirdləri cəlb ediliblər. Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını təmin etmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.

Qeyd edək ki, layihəyə bu ilin fevralından start verilib.

İdman.biz