Fərid Qayıbov: "Kürü keçək?!" yarışına maraq artır"

Xəbərlər
2 Sentyabr 2023 15:57
141
Fərid Qayıbov: "Kürü keçək?!" yarışına maraq artır"

Gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirdə keçirilən "Kürü keçək?!" açıq suda üzgüçülük yarışı ilə bağlı təəssüratlarını bölüşüb.

İdman.biz-in məlumatına görə, o, ötən illə müqayisədə bu dəfə tədbirdə daha çox iştirakçının çıxış etdiyini vurğulayıb.

"Bölgələrdə üzgüçülüyün kütləviləşdirilməsi, yerli sakinlərin idmana marağının artırılması məqsədilə üzgüçülük yarışı keçirdik. Gördüklərimiz bizi sevindirir. Tədbirə maraq artır. Üzgüçülükdə müxtəlif yaş qruplarının nümayəndələri iştirak edib, fəxri kürsüy həm 65 yaşdan yuxarı iştirakçı, həm də 12 yaşdan yuxarı uşaqlar qalxıblar. Nənələrlə nəvələr, oğullarla atalar üzüb. Demək olar ki, bütün rayonlar qoşuldu, üç yüzə yaxın insan starta çıxdı", - deyə nazir bildirib.

F.Qayıbov əlavə edib ki, gələcəkdə "Kürü keçək?!" layihəsi hər il həyata keçiriləcək, digər bölgələrdə də oxşar yarışlar mümkündür.

Zəki Feyzullayev

İdman.biz