Bakıda SUP turnirinin qalibləri müəyyənləşib - FOTO

24 Avqust 2026 22:55
206
Bakıda SUP turnirinin qalibləri müəyyənləşib

Bakıda Stand Up Paddleboarding (ayaqüstü avarlı lövhə) idman növü üzrə "Baku SUP Turniri" keçirilib.

İdman.Biz xəbər verir ki, yarış Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və "Windsurfing Baku" klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Şıxov çimərliyində, Veloparkla üzbəüz ərazidə təşkil olunan turnirdə iştirakçılar həvəskar kişilər, həvəskar qadınlar və uşaqlar olmaqla üç kateqoriya üzrə mübarizə aparıblar.

Qaliblər və mükafatçılar diplom və medallarla təltif ediliblər. Həmçinin onlara SUP və kayak üzrə bir günlük dərslərdə ödənişsiz iştirak etmək imkanı verilib.

Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında SUP idman növünün daha geniş təbliği, bu sahəyə marağın artırılması və sağlam həyat tərzinin təşviqidir.

Nəticələr:

Kişilər

1. Tair Salixov
2. Nail Ramazanov
3. Fərid Vəzirov

Qadınlar

1. Əsmər Qasımova
2. Gülzar Nəcəfli
3. Cəmilə Quliyeva

Uşaqlar

1. Mikayıl Məmmədzadə
2. Kamal Bəşirli
3. Nurlan Ağazadə

İdman.Biz