Azərbaycanlı üzgüçü şəxsi rekodunu yeniləyib

11 Avqust 2026 19:16
161
Azərbaycanlı üzgüçü şəxsi rekodunu yeniləyib

Azərbaycan milli komandasının üzvü Süleyman İsmayılzadə Parisdə keçirilən böyüklər arasında Avropa Çempionatında 800 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında iştirak edib.

İdman.Biz xəbər verir ki, Məsafəni 8:04.28 nəticə ilə tamamlayaraq, Süleyman şəxsi rekordunu yeniləyib. Onun əvvəlki nəticəsi 8:05.15 idi.

Öz qrupunda (heat) 17 yaşlı idmançımız 3-cü olub, ümumilikdə isə 35 üzgüçü arasında 21-ci yeri tutub.

İdman.Biz