Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Süleyman İsmayılzadə Parisdə keçirilən böyüklər arasında Avropa Çempionatında çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, 1500 metr məsafəyə sərbəst üsulla yarışı 15:29:22 nəticə ilə tamamlayaraq, Süleyman 17-ci yerdə qərarlaşıb.
Daha öncə 17 yaşlı idmançımız 800 metr məsafədə şəxsi rekordunu yeniləmişdi – 08:04.28.
