“Ganja Cup 2026” üzgüçülük yarışı başlayıb - FOTO

7 Avqust 2026 10:21
100
“Ganja Cup 2026” üzgüçülük yarışı başlayıb - FOTO

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Ganja Cup 2026” üzgüçülük yarışına start verilib.

İdman.Biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edir.

Yarışda paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də mübarizə aparırlar.

İkinci dəfə təşkil olunan “Ganja Cup”da bu il ilk dəfə xarici ölkələrdən üzgüçülər də iştirak edirlər. Turnirə Belarus və Gürcüstan komandaları qoşulublar.

İdman.Biz