ABŞ-nin paralimpiyaçı üzgüçüsü Robert Qrisvold komanda yoldaşını zorladığına görə oyunlardan ömürlük kənarlaşdırılıb.
İdman.Biz xəbər verir ki, bu qərar bir neçə il davam edən araşdırmanın başa çatmasından sonra verilib.
İstintaqın nəticələrinə əsasən, uşaqlıqdan serebral iflicdən əziyyət çəkən Qrisvold Tokio yarışları zamanı autizmli paralimpiyaçı qadına qarşı cinsi zorakılıq edib.
İddia ərizəsində qeyd olunur ki, ABŞ Olimpiya və Paralimpiya Komitəsi ilə yanaşı, 2017-ci ildə yaradılmış “SafeSport” mərkəzi də uzun müddət bu cinayəti gizlədib. Məhkəmə iclasından sonra ABŞ Olimpiya və Paralimpiya Komitəsi (USOPC) üzgüçünün yarışlardan ömürlük uzaqlaşdırılması barədə qərar qəbul edib.
Məxfilik səbəbindən zərərçəkmiş idmançının adı bir müddət açıqlanmayıb.
