Azərbaycan üzgüçüsü Səid Həmidov finala yüksəldi

Xəbərlər
9 Noyabr 2025 11:50
35
Azərbaycan üzgüçüsü Səid Həmidov finala yüksəldi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün ilk finalçımız məlum olub.

İdman.Biz xəbər verir ki, üzgüçülük yarışlarında Səid Həmidov 200 metr kompleks üsulla üzmədə 19 iştirakçı arasında 6-cı yeri tutaraq finala vəsiqə qazanıb.

Digər üzgüçümüz Yeqor Maynitskiy isə 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Yarışların bağlanışı noyabrın 21-də olacaq.

İdman.Biz

Məqalədə: