Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında 4-cü yeri tutub.
İdman.biz-in məlumatına görə, yığma yarışı 62 medalla başa vurub.
İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal qazanıblar. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək.
İdman.biz