Fərid Qayıbov Şabran və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edib - FOTO

Xəbərlər
7 Sentyabr 2023 14:31
97
Fərid Qayıbov Şabran və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 6-da Şabran və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edib. Qəbuldan öncə Şabran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Şabran şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

İdman.biz