Atıcılarımızdan Avropa çempionatında bürünc medal - FOTO

Xəbərlər
29 İyul 2025 09:05
46
Atıcılarımızdan Avropa çempionatında bürünc medal - FOTO

Fransanın Şatoru şəhərində atıcılıq üzrə Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan atıcıları fəxri kürsüyə yüksəliblər.

Dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanıblar. Onlar medal qarşılaşmasında İsveç - Stefan Nilsson Şoen və Victoria Larsson duetinə qalib gəliblər.

İdman.biz